onSET Exam

onSET İmtahanı 24 və 26 oktyabr 2022-ci il
 24 və 26 oktyabr 2022-ci il tarixlərində DAAD təqaüd proqramları üzrə müraciət edən bütün şəxslər üçün alman və ingilis dillərində onSET imtahanı keçirəcəkdir.
Bu test vasitəsilə DAAD təqaüdünə müraciət zamanı alman və ya ingilis dil biliklərini sübut edən sertifikat almaq mümkündür.
Testdə yalnız DAAD təqaüdünə müraciət edən şəxslər iştirak edə bilər.
️ Bütün iştirakçılar imtahana öz notebooklarını gətirməlidirlər. Bu notebookun WiFi şəbəkəsinə daxil olma funksiyası və Google Chrome brauzeri olmalıdır.
OnSET nə vaxt keçiriləcək?
OnSET 24 və 26 oktyabr 2022-ci il tarixlərində baş tutacaq.
24.10.2022 tarixində keçiriləcək onSET imtahanı üçün son qeydiyyat tarixi: 21.10.2022; 17:00
26.10.2022 tarixində keçiriləcək onSET imtahanı üçün son qeydiyyat tarixi: 25.10.2022; 17:00
OnSET harada keçiriləcək?
OnSET imtahanı Alman Dili Tədris Mərkəzində keçiriləcəkdir.
Ünvan: Bəşir Səfəroğlu küç. 133, Bakı 1009, Azərbaycan
Testin qiyməti nə qədərdir?
DAAD təqaüdünə müraciət edənlər üçün test ödənişsizdir.
Testi kim edə bilər?
Yalnız DAAD təqaüd proqramına müraciət edən şəxslər imtahanda iştirak edə bilər.
İştirak etmək istəyirəmsə nə etməliyəm?
1. Tam məlumatlarınızla www.onset.de saytında qeydiyyatdan keçin.
2. chelidze@daad-georgia.org elektron poçtuna mail yazın və mütləq onSET testini alman və ya ingilis dilində vermək istədiyinizi bildirin (ingilis dilində)
3. Həmin maildən TAN (Əməliyyat Nömrəsi) ilə bir cavab məktubu alacaqsınız.
4. www.onset.de saytına daxil olaraq müvafiq imtahan tarixini və saatı TAN ilə qeyd edin və imtahanı verəcəyiniz dili seçin. Test mərkəzi olaraq „DAAD İnformationszentrum“ göstərin. Buna baxmayaraq imtahan Alman Dili Tədris Mərkəzinin ofisində baş tutacaq.
5. İmtahan günü Alman Dili Tədris Mərkəzinin ofisinə gəlin.
6. İmtahana nə gətirməliyəm?
Şəxsiyyəti təsdiq edən sənəd (pasport və ya şəxsiyyət vəsiqəsi) və notebook gətirməlisiniz.
Notebookunuzu gətirməyi unutmayın
OnSet saytı üçün giriş məlumatlarınızı unutmayın: username və password. Testdən keçə bilmək üçün öz notebookunuzda yenidən OnSet-də qeydiyyatdan keçməli olacaqsınız.
Hər hansı bir sualınız varsa, müraciət edin: chelidze@daad-georgia.org (ingilis dili).

Alman universitetlərinin elanları

1/8

English-taught Bachelor’s and Master’s programs at Hof University

Shape your future with our career-focused Bachelor’s and Master’s programs in English, featuring hands-on learning, internships, and strong industry connections!

Ətraflı

Level up your finance future — propel your career with our MBA in Fina...

Unlock your finance and leadership potential – our premium, accredited MBA in Financial Management opens doors to top careers in Germany’s thriving market.

Ətraflı

GET MA – Global and European Transformations: Social Sciences with a G...

GET MA offers an interdisciplinary master's program combining political science and sociology, with a double degree from Berlin and Ankara. Ideal for careers in diplomacy, policy advising, NGOs and ac...

Ətraflı

PreStudyING@HSRM: Your Pathway to an Engineering Degree

Get your engineering degree - even if you don’t meet the usual admission requirements for German universities.

Ətraflı

Study future technologies in Stuttgart - Germany’s innovation hub!

Join the University of Stuttgart and shape your future with Engineering and Computer Science

Ətraflı

Master’s programmes at THM - International and hands-on!

Talents. Technology. Future. Shape your future with our career-focused Master's programmes, taught entirely in English.

Ətraflı

Study in Berlin - MBA & International Master’s Programmes

Study management in English. Improve your leadership skills. Gain digital know-how. Become part of an international student body. Benefit from many corporate activities, valuable career consultation a...

Ətraflı

Beyond data: MSc Project Management & Data Science - Berlin

Become the data-savvy professional employers want! Bridging data and business, strong in stakeholder communication and successfully delivering projects amid constant change.

Ətraflı

Əlaqə