onSET İmtahanı 2023

Cari ilin 9 və 10 noyabr tarixlərində DAAD təqaüd proqramları üzrə (Master Studies for All Academic Disciplines; ERP Study Scholarships for Graduates of Economics and Business Administration) müraciət etmiş şəxslər üçün alman və ingilis dillərində onSET imtahanı keçiriləcəkdir.

QEYD: Əgər tələblərə uyğun dil sertifikatınız / dil biliklərinizi sübüt edən sənədiniz artıq varsa, onSET imtahanına ehtiyac yoxdur. Müraciət edərkən digər tələb olunan sənədlərlə birlikdə həmin dil sertifikatını / sənədi deadline kimi portala yükləyin.

Dil biliklərini sübüt edən sənədi olmayan şəxslərin nəzərinə: onSET imtahanı qeyd olunmuş proqramların son müraciət tarixındən sonra keçirildiyinə görə, DAAD portalında müraciət zamanı “Language Certificate” tələb olunan bölməyə aşağıdaki linkdən yükənmiş sənədi əlavə edin (PDF formata çevirin): https://docs.google.com/document/d/15g9_OgV5du5ZZVt7kYq54sQKPicrMEGb/edit?usp=drive_link&ouid=107731971413523492274&rtpof=true&sd=true

onSET imtahanına qeydiyyatdan keçmək üçün 1-2-3 noyabr tarixlərində alioglu@daad-georgia.org elektron poçtuna mail yazın və mütləq onSET testini alman və ya ingilis dilində vermək istədiyinizi bildirin.

Bütün iştirakçılar imtahana öz notebooklarını gətirməlidirlər. Bu notebookun WiFi şəbəkəsinə daxil olma funksiyası və Google Chrome brauzeri olmalıdır.

  • OnSET harada keçiriləcək?
    OnSET imtahanı Alman Dili Tədris Mərkəzində keçiriləcəkdir.
    Ünvan: Bəşir Səfəroğlu küç. 133, Bakı 1009, Azərbaycan
  • Testin qiyməti nə qədərdir?
    DAAD təqaüdünə müraciət etmiş şəxslər üçün test ödənişsizdir.
  • Testi kim edə bilər?
    Yalnız DAAD təqaüd proqramına (Master Studies for All Academic Disciplines ya ERP Study Scholarships for Graduates of Economics and Business Administration) artıq müraciət etmiş (DAAD portal üzəridnən “application submit” etmiş) şəxslər imtahanda iştirak edə bilər.
  • İştirak etmək istəyirəmsə, nə etməliyəm?
  1. Tam məlumatlarınızla www.onset.de saytında qeydiyyatdan keçin.
  2. alioglu@daad-georgia.org elektron poçtuna mail yazın və mütləq onSET testini alman və ya ingilis dilində vermək istədiyinizi bildirin (yalnız qeydiyyat zamanı- 1-2-3 noyabr tarixlərində)
  3. Həmin maildən TAN (Əməliyyat Nömrəsi) ilə bir cavab məktubu alacaqsınız.
  4. www.onset.de saytına daxil olaraq müvafiq imtahan tarixini və saatı TAN ilə qeyd edin və imtahanı verəcəyiniz dili seçin. Test mərkəzi olaraq „DAAD İnformationszentrum Baku“ göstərin. Buna baxmayaraq imtahan Alman Dili Tədris Mərkəzinin ofisində baş tutacaq.
  5. İmtahan günü Alman Dili Tədris Mərkəzinin ofisinə gəlin.
  6. İmtahana şəxsiyyəti təsdiq edən sənəd (pasport və ya şəxsiyyət vəsiqəsi) və notebook gətirməlisiniz.

OnSet saytı üçün giriş məlumatlarınızı unutmayın: username və password.

Hər hansı bir sualınız varsa, müraciət edin: alioglu@daad-georgia.org

onSET Sample Test:

https://www.onset.de/en/language-placement-test-english-onset/sample-test/?no_cache=1&tx_faciletest_faciletest%5Baction%5D=show&tx_faciletest_faciletest%5Bcontroller%5D=VerifieNavigateur&cHash=b1f88e233fb35e0da158f9b4f957ab97

Alman universitetlərinin elanları

1/5

Study future technologies in Stuttgart - Germany’s innovation hub!

Join the University of Stuttgart and shape your future with Engineering and Computer Science

Study future technologies in Stuttgart - Germany’s innovation hub! haqqında daha çox

Beyond data: MSc Project Management & Data Science - Berlin

Join the International Master's at HTW Berlin! Become the data-savvy professional employers want, able to …

Beyond data: MSc Project Management & Data Science - Berlin haqqında daha çox
Hof University - University of Applied Sciences Logo RGB

Hands-on Master’s programs at Hof University Graduate School

Shape your future with our career-focused Bachelor’s and Master’s programs in English, featuring hands-on learning, integrated industry internships, and strong links to companies!

Hands-on Master’s programs at Hof University Graduate School haqqında daha çox

TH Mannheim - Your Career Starts Here

Invest in your future in Germany and discover our international Bachelor programs BSc Engineering and Management International and BSc International Engineering at Technische Hochschule Mannheim!

TH Mannheim - Your Career Starts Here haqqında daha çox
Hof University - University of Applied Sciences Logo RGB

English-taught Bachelor’s and Master’s programs at Hof University

Shape your future with our career-focused Bachelor’s and Master’s programs in English, featuring hands-on learning, integrated industry internships, and strong links to companies!

English-taught Bachelor’s and Master’s programs at Hof University haqqında daha çox

Əlaqə