2004-cü ildə DAAD Gürcüstan, Azərbaycan və Ermənistanda məlumat mərkəzləri açıb. Hal-hazırda onlar Tbilisidə yerləşən yeni regional DAAD ofisinə birləşdirilib və iyulun 1-dən etibarən Cənubi Qafqazda DAAD proqramlarına DAAD-ın yeni regional ofisi cavabdehdir.

Regional ofisin xüsusi fəaliyyət istiqamətləri:

  • Almaniyada təhsil, tədqiqat və təqaüd imkanları haqqında məlumatlandırma və konsultasiya
  • DAAD təqaüdlərinə müraciət prosesinin təşkili və həyata keçirilməsi
  • Məzunlar
  • Gürcüstan və Almaniya akademik institutları arasında əməkdaşlıq, akademik əməkdaşlıqla bağlı məsələlərdə konsultasiya
  • Təhsil sektorunda Almaniya səfirliyi və Almaniyanın vasitəçi təşkilatları ilə əməkdaşlıq
  • Tələbələr və müəllimlər üçün ixtisasartırma kurslarının təşkili və həyata keçirilməsi.

DAAD Gürcüstan komandansından məsləhət və məlumatı Azərbaycan, Alman, İngilis, Rus, Gürcü və Erməni dillərində ala bilərsiniz

Məlumat Mərkəzində məsləhətlər dəqiq və həqiqi məlumatlara əsaslanır. Lakin məlumatların doğruluğuna dair heç bir məsuliyyət daşınmır.


Telefon məsləhət saatları
:

Bazar ertəsi, çərşənbə, cümə axşamı, cümə: 11:00 – 13:00

Online məsləhət saatları:
Bazar ertəsi, cümə axşamı: 14:00 – 18:00
Çərşənbə: 10:00 – 14:00

Biz sizin üçün varıq!

DAAD Tbilisi Regional Ofisinin heyəti