DAAD haqqında

Fahnen mit dem DAAD-Logo vor der Außenfassade der Zentrale in Bonn.
© DAAD/Pankau
Alman Akademik Mübadilə Xidməti (DAAD) tələbə və elmi işçilərin beynəlxalq mübadiləsini maliyyələşdirən dünyanın ən böyük təşkilatıdır.

Biz kimik

1925-ci ildə bir tələbənin təşəbbüsü ilə yaranan DAAD bu gün alman ali məktəblərinin və tələbələrinin birliyi kimi tanınır. O, bütün dünyada tələbə və tədqiqartçıları dəstəkləyir və alman ali məktəblərinin beynəlmilləşməsini təşviq edir.

DAAD həmçinin inkişaf etməkdə olan ölkələrdə güclü ali məktəb sisteminin yaradılmasınıı və alman dilinin xaricdə güclənməsini dəstəkləyir, eləcədə təhsil, təhsil sahəsində xarici əlaqələr və inkişaf siyasəti barədə məsləhətlər verir. DAAD eyni zamanda Erasmus+ Avropa ali təhsil müəssisələrinin əməkdaşlığı çərçivəsində milli agentlikdir.

Şəbəkəmiz

DAAD Mərkəzi Bonn şəhərində yerləşir, bundan əlavə Berlində də məşhur Berlin Rəssamlar Proqramını (BKP) koordinasiya edən bir ofisi vardır. Xarici nümayəndəliklər və məlumat mərkəzlərindən ibarət olan şəbəkə bütün qitələrdən olan əməkdaş ölkələrlə əlaqələri nizamlayır və yerli tələbələrə, tədqiqatçılara və universitetlərə məsləhətlər verir.

Fəaliyyət istiqamətlərimiz

Təqaüdlərin verilməsi

Ən yaxşı tələbələri və tədqiqatçıları maliyyələşdirən DAAD yüksək məsuliyyətli mütəxəssislər və ekspertlər yetişdirməyi hədəfləyir. DAAD bütün dünyada davamlı əlaqələr yaradır və məzunların peşəkar və mədəni şəbəkələrini dəstəkləyir.

Ali təhsil müəssisələrinin beynəlmiləlləşməsinin təşviqi

DAAD universitetləri beynəlmiləlləşdirmə strategiyalarında dəstəkləyir və Avropa ali təhsil və tədqiqat mənzərəsinin formalaşmasına kömək edir. O, həmçinin alman dilinin elm dili kimi əhəmiyyətini vurğulayır və çoxdilli Avropa ideyasını dəstəkləyir.

Elmi əməkdaşlıq

Almaniya və xaricdəki əməkdaşları sayəsində DAAD ali təhsil müəssisələri ilə əməkdaşlıqda və bütün dünyada elmi sistemlərlə işləməkdə böyük təcrübəyə malikdir. Ona görə də o, tədqiqat və elmin beynəlmiləlləşməsinə əhəmiyyətli təkan verə və strateji qərarlar üzrə məsləhət verə bilər.

Büdcəmiz

Təşkilatın büdcəsi əsasən Federal Xarici İşlər Nazirliyi, Federal Təhsil və Tədqiqat Nazirliyi, Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Digər maliyyə qurumlarına xarici hökumətlər, fondlar və Stifterverband für die Deutsche Wissenschaft daxildir.

Alman universitetlərinin elanları

1/5

Master’s programmes at THM - International and hands-on!

Talents. Technology. Future. Shape your future with our career-focused Master's programmes, taught entirely in English.

Ətraflı

Level up your finance future — propel your career with our MBA in Fina...

Unlock your finance and leadership potential – our premium, accredited MBA in Financial Management opens doors to top careers in Germany’s thriving market.

Ətraflı

Study future technologies in Stuttgart - Germany’s innovation hub!

Join the University of Stuttgart and shape your future with Engineering and Computer Science

Ətraflı

PreStudyING@HSRM: Your Pathway to an Engineering Degree

Get your engineering degree - even if you don’t meet the usual admission requirements for German universities.

Ətraflı

Beyond data: MSc Project Management & Data Science - Berlin

Become the data-savvy professional employers want! Bridging data and business, strong in stakeholder communication and successfully delivering projects amid constant change.

Ətraflı

Əlaqə